Çimərlik futbolu üzrə Azərbaycan millisi Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində (EBSL) üçüncü oyuna çıxıb. Sport24.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, B Liqasının B qrupunda yer alan komanda Latviya yığması ilə qarşılaşıb.

 

Batumi çimərlik meydançasında baş tutan görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki qolu Orxan Məmmədov vurub. Bununla qrupda ikinci yeri tutan Azərbaycan millisi pley-off mərhələsinə vəsiqə qazanıb. Komanda bu raundda Norveç yığması ilə qarşılaşacaq. Qeyd edək ki, millimiz qrupdakı ilk iki oyunda İngiltərəyə 8:3, Slovakiyaya 4:2 hesabı ilə qalib gəlib.