"Zirə"nin Konfrans Liqasındanın II təsnifat mərhələsi çərçivəsində Estoniya təmsilçisi "Payde"yə qarşı keçirəcəyi ilk görüşün hakimləri müəyyənləşib. Sport24.az xəbər verir ki, oyunu moldovalı Roman Jitari idarə edəcək.

 

Ona həmyerliləri Viktor Mardari və Andrey Bodean köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Andrey Brequta yerinə yetirəcək.

 

Qeyd edək ki, "Payde" - "Zirə" qarşılaşması iyulun 23-də Estoniyadakı Parnu şəhərində keçiriləcək. Oyunun start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək. Roman Jitari "Qarabağ" - "Vestri" görüşündə də söz sahibi olub. İyulun 9-da baş tutan oyun təmsilçilmizin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.