Təxminən 50 min Argentina azarkeşi DÇ-2026-nın finalında İspaniya ilə matçda komandasını dəstəkləmək üçün Nyu-Yorka gəlib. Sport24.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

 

Azarkeşlərin bəziləri ABŞ-da yaşayan argentinalılardı. Lakin stadionda azarkeşlərin sayından az yer olduğu üçün hamı tribunada yer ala bilməyəcək. Cənubi Amerikalıların "böyük köçü" ötən həftədən məlum olub.

 

"Mavi-ağların" azarkeşlərinin tribunalarda üstünlüyə sahib olacağı gözlənilir.

 

Qeyd edək ki, İspaniya - Argentina oyunu iyulun 19-u, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.