2026-cı il dünya çempionatının qaliblərinə təqdim olunacaq üzüklər satışa çıxarılacaq və qiyməti 150 min dollar olacaq. Sport24.az xəbər verir ki, bu barədə "Times" qəzeti məlumat yayıb. 

 

Bir neçə gün öncə FİFA-nın DÇ-2026-nın qalibləri üçün ilk dəfə olaraq qızıl üzüklər təqdim edəcəyi açıqlanmışdı. Cəmi 2026 üzük istehsal olunacaq ki, onlardan 30-u dünya çempionatını qazanan komandanın üzvlərinə, qalan 1996-sı isə dünyanın hər yerindəki futbol azarkeşlərinə təqdim ediləcək.

 

Qeyd edək ki, mundialın finalında Argentina millisi İspaniya ilə qarşılaşacaq. Oyun iyulun 19-da Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.