"Şəfa" yay təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. Sport24.az xəbər verir ki, bölgə təmsilçisi "İmişli" ilə qarşılaşıb. Görüş 2:2 hesabı ilə başa çatıb.
Qeyd edək ki, "Şəfa" növbəti sınaq matçını iyulun 25-də Qəbələdə eyniadlı komandaya qarşı keçirəcək.