"Lids" "Sassuolo" və Bosniya və Herseqovina millisinin mərkəz müdafiəçisi Tarik Muharemoviçi "rənglərinə bağlayıb". Sport24.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

 

23 yaşlı futbolçunun sözləşməsinin müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt"ın məlumatına görə, "Lids" oyunçu üçün 40 milyon avro ödəyib.

 

Muharemoviç DÇ-2026-da 3 oyunda meydana çıxıb. O, komandasının İsveçrəyə 1-4 hesabı ilə uduzduqları görüşdə qırmızı vərəqə ilə yadda qalıb. 

 

Qeyd edək ki, müdafiəçi 2025/26 mövsümündə A Seriyasında 32 oyunda iki qol vurub və iki məhsuldar ötürmə edib.