"Qalatasaray"ın VI turda səfərdə "Başakşehir"i 2:1 hesabı ilə məğlub etdiyi görüşdə qələbə topunu vuran Mauro İkardi Super Liqada rekorda imza atıb. Sport24.az xəbər verir ki, argentinalı hücumçu Türkiyə çempionatında ardıcıl 12 oyunda qol vuran ilk futbolçu olub

30 yaşlı forvard bu müddət ərzində 19 dəfə fərqlənməyi bacarıb. İkardi bunadək 11 qolla ən yaxşı göstəriciyə imza atmış Burak Yılmazın rekordunu qırıb. 

Xatırladaq ki, Mauro ötən mövsümü icarə əsasında "Qalatasaray"da keçirərək 22 qol vurub . İstanbul təmsilçisi bu il təcrübəli oyunçunun transfer hüquqlarına yiələnib.