“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində növbəti rəqibi olan İsveç “Hekken”i 3 futbolçusu ilə müqaviləsinin müddətini uzadıb. Sport24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Belə ki, qapıçı Peter Abrahamsson, müdafiəçi Yohan Hammar və yarımmüdafiəçi Samuel Qustafson ilə anlaşmalar yenilənib. Abrahamsson və Qustafsonla 2, Hammarla isə 3 illik müqavilə imzalanıb.

“Hekken” hazırda çempionatında 47 xalla 3-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, "Qarabağ" İsveçdəki matçı oktyabrın 5-də keçiriləcək.