İngiltərə millisinin hücumçusu Harri Keyn Avro-2024 öncəsi fikirlərini bildirib. Sport24.az xəbər verir ki, UEFA-nın saytına danışan forvard tarix yazmaq istədiklərini bildirib:

 

"Biz hələ Avropa çempionu olmamışıq. Ona görə də burda tarixi yenidən yazmağa çalışacağıq. Bu, qarşımıza qoyduğumuz məqsəddir. Lakin biz bilirik ki, qarşıda bizi uzun və çətin yol gözləyir".

 

Qeyd edək ki, AVRO-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. İngiltərə C qrupunda Danimarka, Serbiya və Sloveniya ilə mübarizə aparacaq.