"Mançester Siti"nin hücumçusu Erlinq Halandın atası Rafael Pimenta hücumçunun "Real"a mümkün transferi ilə bağlı şayiələr barədə danışıb. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında paylaşım edib.
"Bütün bunlar çox maraqlıdır, amma doğru deyil. Hər iki namizədə prezident seçkilərində uğurlar arzulayırıq".
Qeyd edək ki, bir müddət əvvəl "Real"ın prezidenti postuna namizəd olan Enrike Rikelme seçiləcəyi təqdirdə Erlinqi transfer edəcəyini bildirmişdi.