Almaniya Bundesliqasının XIII turunda bu gün keçirilməli olan "Bavariya" - "Union" (Berlin) matçı təxirə salınıb. Sport24.az xəbər verir ki, buna Münhen şəhərindəki hava şəraitinin pisləşməsi səbəb olub.
Belə ki, şəhərə güclü qar yağıb. Bunna görə də həmin görüşü təxirə salmaq qərara gəlinib. Qarşılaşmanın hansı tarixdə gerçəkləşəcəyi hələlik bəlli deyil.
Onu da bildirək ki, görüş Bakı vaxtı ilə saat 18:30-da başlamalı idi.