İspaniya millisinin və "Barselona"nın hücumçusu Lamin Yamal Ginnesin Rekordlar Kitabından sertifikatlar qazanıb. Sport24.az xəbər verir ki, 17 yaşlı futbolçu 2024-cü il Avropa çempionatının final mərhələsində iştirak edən ən gənc oyunçu olub.
O, qitə çempionatında qol vuran ən gənc futbolçu adını da qazanıb. Yamal Fransa millisi ilə yarımfinal matçında (2:1) fərqlənib.
Qeyd edək ki, Laminin klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" Yamalın transfer dəyərini 120 milyon avro olaraq qiymətləndirir.