Bu gün Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. Sport24.az xəbər verir ki, "Qarabağ"ı turnirdən uzaqlaşdıran "Gent" "Başakşehir"in rəqibi olub. Türkiyəmin digər təmsilçisi "Sivasspor" isə "Fiorentina" ilə üz-üzə gələcək.

 

Konfrans Liqası  1/8 final mərhələsi

AEK (Larnaka, Kipr) - “Vest Hem” (İngiltərə)

“Fiorentina” (İtaliya) - “Sivasspor” (Türkiyə)

“Latsio” (İtaliya) - "Alkmaar" (Niderland)

“Lex” (Polşa) - “Yurqarden” (İsveç)

“Bazel” (İsveçrə) - “Slovan” (Slovakiya)

“Şerif” (Moldova) - “Nitsa” (Fransa)

“Anderlext” (Belçika) - “Vilyarreal” (İspaniya)

​“Gent” (Belçika) - “Başakşehir” (Türkiyə)