"Bavariya"nın fransalı yarımmüdafiəçisi Kinqsli Koman karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Sport24.az "Todofichajes"-ə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu ilə "Arsenal" maraqlanır.
Münhen klubu Komanı 35-45 milyon avroya satmağa razıdır. Onun "Bavariya" ilə müqaviləsi 2027-ci ilin iyununda başa çatacaq. Vinger 2017-ci ilin yayından bu komandanın formasını geyinir.
Qeyd edək ki, Koman cari mövsümdə Bundesliqada 22 matçda iştirak edib, 4 qol vurub və 4 məhsuldar ötürmə edib.