Müdafiəçi Kurt Zuma Rumıniyanın CFR Cluj klubu ilə müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Fransa millisinin 30 yaşlı sabiq futbolçusu ilə müqavilə 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Müdafiəçi komandaya azad agent kimi qoşulub.

 

Qeyd edək ki, Zuma karyerası ərzində "Sent-Etyen", "Çelsi", "Stok Siti", "Everton" və "Vest Hem"də çıxış edib. Futbolçu 2024/25 mövsümünü icarə əsasında Səudiyyə Ərəbistanının "Əl-Oruba" klubunda keçirib, 20 matçda 1 qol vurub.