FİFA prezidenti Canni İnfantino ərəb ölkəsində idmanın inkişafına verdiyi töhfələrə görə Livan vətəndaşlığına layiq görüldüyünü açıqlayıb. Sport24.az xəbər verir ki, bu barədə ali futbol qurumunun rəhbəri sosial şəbəkə hesabında paylaşım edib:

 

"Livanlı olmaqdan rəsmi olaraq qürur duyuram! Bu gün Beyrutda futbolun inkişafı və futboldan sülhün, təhsilin və gənclər üçün imkanların təşviqi üçün bir vasitə kimi necə istifadə edə biləcəyimizi müzakirə etmək üçün görüşdüyüm Prezident Cozef Aundan Livan vətəndaşlığını almaqdan böyük şərəf duyuram".

 

Qeyd edək ki, İnfantino görüş zamanı Livan prezidenti Cozef Aunaya gələn il keçiriləcək dünya çempionatının rəsmi topunu, ali futbol qurumunun loqotipini və 10 nömrəli formanı təqdim edib.