FİFA prezidenti Canni İnfantino İran millisinin DÇ-2026-da iştirak edəcəyini gözlədiyini bildirib. Sport24.az xəbər verir ki, ali futbol qurumunun rəhbəri bu barədə "Voetbal International"-a azıqlama verib:

 

"Ümid edirik ki, o vaxta qədər vəziyyət sakitləşəcək. Bu, mütləq kömək edəcək. Amma İran, əlbəttə ki, gəlməlidir. Onlar öz millətlərini təmsil etməlidirlər. İran yığması vəsiqə qazanıb və futbolçular oynamaq istəyir. Mən onları iki həftə əvvəl gördüm. İranın həqiqətən də kifayət qədər yaxşı komandası var. Sadəcə gəlmələri lazımdır. İdman siyasətdən ayrı olmalıdır".

 

Qeyd edək ki, ABŞ və İsrail fevralın sonlarında İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıblar. Hazırda ABŞ ilə İran arasında müvəqqəti atəşkəs mövcuddur.

İran millisi qrup mərhələsinin bütün oyunlarını (Yeni Zelandiya, Belçika və Misirə) ABŞ-da keçirməlidir. 

2026-cı il dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.