"Bornmut" rəhbərliyi mövsümün sonunda baş məşqçi postundan ayrılacaq Andoni İraolanın yerinə 3 namizədi nəzərdən keçirir. Sport24.az xəbər verir ki, bu barədə "Mail" nəşri məlumat yayıb.

 

Namizədlər siyahısında "RB Leypsiq"in keçmiş çalışdırıcısı Marko Rouz, "İpsviç"in baş məşqçisi Kieran Makkenna və hazırda "Rayo Valyekano"nun "sükanı arxasında" olan İniqo Peres yer alıb. 

 

Qeyd edək ki, bir müddət əvvəl İraola "Bornmut" rəhbərliyinə cari mövsümün sonunda "albalılar"ın ayrılmaq istədiyini bildirib. İspaniyalı mütəxəssisin klubla müqaviləsi 2026-cı ilin yayında başa çatır.

 

İraola 2023-cü ilin yayında  "Bornmut"un baş məşqçisi təyin olunub. Komanda onun rəhbərliyi altında ötən mövsümü 9-cu yerdə başa vurub və həmçinin FA Kubokunun dörddəbir finalına yüksəlib. Hazırda aktivində 45 xal olan"Bornmut" Premyer Liqada 11-ci yerdədir.