Bu gün UEFA Çempionlar Liqasında yarımfinalın digər iki iştirakçısı müəyyənləşib. Sport24.az xəbər verir ki, buna 1/4 final mərhələsinin növbəti cavab qarşılşamalarından sonra aydınlıq gəlib.
"Arsenal" İngiltərədə "Sportinq" komandası ilə qarşılaşıb və oyunda heç bir qol vurulmayıb. Birinci görüşdə vurduğu 1 qol hesabına "Arsenal" yarımfinala adlayıb.
"Real" isə Almaniyada "Bavariya"nın qonağı olub. Qarşılaşma ev sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:4
UEFA Çempionlar Liqası
1/4 final mərhələsi, cavab oyunları
"Arsenal" (İngiltərə) - "Sportinq" (Portuqaliya) – 0:0
İlk oyun - 1:0
"Bavariya" (Almaniya) - "Real" (İspaniya) – 4:3
İlk oyun - 2:1
Qeyd edək ki, artıq "Atletiko" (Madrid) və PSJ (Fransa) komandaları yarımfinala vəsiqəni təmin ediblər.