"Real" Alvaro Arbeloanın yerinə yeni baş məşqçi axtarışındadır. Sport24.az "The Athletic" portalına istinadən xəbər verir ki, Madrid klubu dörd namizədi nəzərdən keçirir.

 

Yurgen Klopp klub rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir, lakin hələlik iki tərəf arasında heç bir əlaqə yoxdur. "Real"ın prezidenti Florentino Peres Zinəddin Zidanı təyinatını istəyir, ancaq onun Fransa millisinə rəhbərlik edəcəyi gözlənilir.

 

"Kral klubu" həmçinin DÇ-2026-dan sonra Fransa millisindən ayrılacaq Didye Deşamı və ABŞ yığmasını çalışdıran Maurisio Poçettinonun namizədliyini nəzərdən keçirir.

 

Qeyd edək ki, "Real" ötən gün Çempionlar Liqasının dörddəbir finalının ikinci oyununda "Bavariya"ya 3-4 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.