Çempionlar Liqasının dörddəbir finalının ikinci oyunlarından sonra "Həftənin Oyunçusu" mükafatına namizəd olan dörd namizəd müəyyənləşib. Sport24.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

 

"Dördlük"də"Barselona"dan Dani Olmo, "Bavariya"dan Maykl Olise, PSJ-nin hücumçusu Usman Dembele və "Arsenal"ın yarımmüdafiəçisi Martin Zubimendi yer alıb.

 

Olmo Madrid "Atletiko"su üzərində qazanılan 2-1 hesablı qələbədə məhsuldar ötürmə etdi. Olise "Real" ilə (4:3) matçda komandasının qələbə qolunu vurub. Dembele "Enfild"də "Liverpul"la (2:0) görüşdə dublla yadda qalıb. Zubimendi komandasının "Sportinq"lə (0:0) qarşılaşmasında əsas fiqurlardan biri olub.