"Yuventus" yarımmüdafiəçi Manuel Lokatelli ilə 2030-cu ilin yayına qədər yeni müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" Sosial media hesabında paylaşım edib.
Əvvəllər futbolçunun maaşının mövsümdə 3,8 milyon avro ilə 4 milyon avro arasında olacağı bildirilirdi. Premyer Liqa klublarından birinin marağına baxmayaraq, oyunçunun özü "Yuventus"da oynamağa davam etmək istəyir.
Qeyd edək ki, Turin klubunun kapitanı bu mövsüm meydan çıxdığı 41 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.