ABŞ prezidenti Donald Tramp DÇ-2026-nın qrup mərhələsinin rəsmi püşkatmasından əvvəl FIFA-nın təsis etdiyi Sülh Mükafatını alacaq. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, ABŞ prezidentinə bu gün keçiriləcək tədbirdə çıxış etmək üçün vaxt veriləcək. FIFA Sülh Mükafatı 2025-ci ilin noyabr ayında təsis edilib. Tramp mükafatın ilk sahibi olacaq.
Qeyd edək ki, gələn keçiriləcək dünya çempionatına üç ölkə ev sahibliyi edəcək: ABŞ, Kanada və Meksika. Turnir tarixində ilk dəfə olaraq 48 milli komanda iştirak edəcək. Final mərhələsi 11 iyun - 19 iyul tarixlərində keçiriləcək.