UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Fənərbaxça" - "Nottingem Forest" qarşılaşmasının hakimləri müəyyənləşib. Sport24.az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb. 

 

Qarşılaşmanmı isveçrəli referi Sandro Şerer idarə edəcək. Ona həmyerliləri Stefan De Almeyda və Yonas Erni kömək edəcəklər.

 

Görüşün dördüncü hakimi funksiyasını isə Anojen Kanaqasinqam yerinə yetirəcək.

 

UEFA Konfrans Liqasında isə Türkiyəni təmsil edən "Samsunspor"un da "Şkendiya" ilə keçirəcəyi matçın da hakimləri bəlli olub. Oyunu norveçli Rohit Saggi idarə edəcək. Ona oyun zamanı Norveç Futbol Federasiyasından Anders Olav Dale və Yorgen Ronninq Valstads kömək edəcək.

 

Matçın dördüncü hakimi Daniel Hiqraff olacaq.

 

Qeyd edək ki, "Fənərbaxça" – "Nottingem Forest" oyunu fevralın 19-da Bakı vaxtı ilə saat 21:45-də start götürəcək. "Şkendiya" – "Samsunspor" qarşılaşması isə fevralın 20-də saat 00:00-da başlayacaq.