Türkiyənin "Fənərbaxça" klubunun heyətində ciddi itki baş verib. Sport24.az xəbər verir ki, Super Liqa nəhənginin müdafiəçisi Arçi Braun sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərəli futbolçu ölkə çempionatının 16-cı turunun "Konyaspor"la matçında zədələnib. 23 yaşlı sol cinah müdafiəçisinin sağ ayağının baş barmağında zədə aşkarlanıb. Yerli mətbuat arxa xətt oyunçusunun təxminən ay yaşıl meydanlardan uzaq qalacağını bildirib.
Qeyd edək ki, "Fənərbaxça" Arçi Braunu mövsümün əvvəlində "Gent"dən 8 milyon avroya transfer edib. İngiltərə U-20 millisinin sabiq üzvü İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.