Futbol üzrə Azərbaycan II Liqasında XIII tura yekun vurulub. Sport24.az xəbər verir ki, bu gün 3 qarşılaşma baş tutub.

 

"Ağstafa Gəncləri" üzərində qələbə qazanan "Xankəndi" liderliyi ələ keçirib. Digər görüşlərdə isə "Şirvan" və "Dinamo" səfərdə qalib gəlib.

 

II Liqa, XIII tur

16 dekabr

 

​"Ağdaş" - "Dinamo" 1:2
Qollar: 
V.Nəsirov, 56 - R.Mustafayev, 50, Y.Qarayev, 68

 

"Göygöl" - "Şirvan" 0:1
Qol: 
C.Əliyev, 51

 

"Xankəndi" - "Ağstafa Gəncləri" 6:1
Qollar:
 T.Qurbatov, 1, 42, E.Rəhimov, 17, E.Quliyev, 40, 58, B.Teymurov, 70 - E.Hüseynov, 21