"Fənərbaxça" yarımmüdafiəçi Bartuğ Elmazı icarəyə verəcək. Sport24.az xəbər verir ki, İstanbul təmsilçisi heyətə düşə bilməyən 21 yaşlı futbolçunu "Sivasspor"a göndərəcək.

 

Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

 

Türkiyə U-21 millisinin üzvü mövsümün ikinci yarısını Sivas təmsilçisinin heyətində keçirəcək.

 

Qeyd edək ki, Bertuğ Elmaz bu mövsüm "Fənərbaxça"nın heyətində 3 rəsmi matçda meydana çıxıb. Gənc dayaq yarımmüdafiəçisi ötən mövsümün ikinci yarısında da "Sivasspor"da oynayıb.