"Fənərbaxça" "Mançester Siti"nin müdafiəçisi Con Stounzu heyətinə qatmağı planlaşdırır. Sport24.az xəbər verir ki, İstanbul təmsilçisi 31 yaşlı futbolçunun transferində maraqlıdır.
"Şəhərlilər"lə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədər olan Stounzun yeni mövsümə hansı komandada başlayacağı hələ ki dəqiq deyil.
Çünki ona həm PSJ, həm də "Mançester Siti"nin özündən yeni müqavilə təklifi gəlib.
Bu mövsüm İngiltərə klubunun heyətində Premyer Liqada cəmi 7 oyun keçirmiş ingilis hələ ki tam qərarını verməyib. "Barnsli" və "Everton"da da oynamış Con 2016-cı ildən Mançester klubunun formasını geyinir.