"Barselona"nın qarşıdan gələn yay üçün əsas transfer hədəfi açıqlanıb. Sport24.az "Sport.es"-ə istinadən xəbər verir ki, Kataloniya klubu Madrid "Atletiko"sunun hücumçusu Julian Alvaresi transfer etməyə çalışacaq.
Mənbənin sözlərinə görə, "Barselona" qarşıdan gələn yay "transfer pəncərəsi"ndə argentinalı hücumçunun keçidini həll etmək üçün əlindən gələni edəcək.
Qeyd edək ki, Alvares bu mövsüm Madrid klubunun heyətində bütün turnirlədə 27 oyunda iştirak edib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib. "Transfermarkt" potalı oyunçunun dəyərini 100 milyon avro qiymətləndirir.