"İnter" "Mançester Siti"nin mərkəz müdafiəçisi Manuel Akanjini daimi transfer etmək niyyətindədir. Sport24.az xəbər verir ki, barədə insayder Fabrisio Romano məlumat yayıb.

Onun sözlərinə görə, "nerazzuri" 30 yaşlı futbolçunun "Mançester Siti" ilə müqaviləsində yer alan 15 milyon avroluq transfer hüququnu aktivləşdirməyi planlaşdırır.

Qeyd edək ki, Akanji icarə əsasında "İnter"də çıxış edir. İsveçrəli futbolçunun müqaviləsi bu ilin yayında başa çatır.