"Real" Vinisius Junior üçün 230 milyon avroluq təklif alıb. Sport24.az xəbər verir ki, bu barədə "Indykaila News" portalı "X" sosial media hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, təklif adı açıqlanmayan Səudiyyə Ərəbistanı klubundan gəlib. "Real" isə rədd edib - ən azı, transfer qış dönəmində futbolçunun satılmayacağını qarşı tərəfin diqqətinə çatdırıb. Çox şey 25 yaşlı braziliyalı futbolçunun Xabi Alonsonun gedişindən sonra özünü necə aparacağından asılı olacaq.
Qeyd edək ki, yayda iki klub arasında keçidlə bağlı ortaq məxrəcə gəlmək mümükün olsa, bu, futbol tarixində rekord transfer hesab olunacaq. 2017-ci ildə Neymarın "Barselona"dan PSJ-yə 222 milyon avroya satılması hələ də birinci yerdədir.