İtaliyalı mütəxəssis Fabio Kapello Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda "İnter"in "Barselona" üzərində qələbəsini (4:3) şərh edib. Sport24.az xəbər verir ki, o, bu barədə UEFA-nın mətbuat xidmətinə açıqlama verib:

 

"Gözlənilməz, ağlasığmaz oyun...Bu möhtəşəm yarımfinal bizə yüksək emosiyalar bəxş etdi".

 

Qeyd edək ki, "İnter" Çempionlar Liqasının finalında "PSJ - "Arsenal"ın cütünün qalibi ilə qarşılaşacaq (ilk oyun - 1:0).