"İnter"in sabiq kapitanı Samir Handanoviçin klubun U-17 komandasının baş məşqçisi təyin olunub. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Handanoviç daha əvvəl "İnter"in əsas və gənclər komandalarında qapıçı skautu kimi çalışıb.

 

Qeyd edək ki, 40 yaşlı Handanoviç  futbolçu karyerası ərzində 2012-2023-cü illərdə "İnter"də 11 mövsüm keçirib.