Asiya Çempionlar Liqasında ilk finalçı bəlli olub. Sport24.az xəbər verir ki, argentinalı Ernan Kresponun baş məşqçisi olduğu Birləşmiş Ərəb Əmirliklərini təmsil edən "Əl-Əyn" səfərdə Səudiyyə Ərəbistanının "Əl-Hilal"ına uduzsa da (1:2,) ilk matçdakı qələbə sayəsində (4:2) finala yüksəlib. Cavab matçında qolları meydan sahiblərindən Ruben Neveş və Salem Əl-Davsari, qonaqlardan isə Erik vurublar.

 

Digər finalçı bu gün keçiriləcək "İokoqama F.Marinos" (Yaponiya) - "Ulsan Hende" (Cənubi Koreya) təkrar oyunundan sonra müəyyənləşəcək. İlk matçda koreyalılar 1:0 hesabı ilə qələbə qazanıblar. 

 

Asiya Çempionlar Liqasında finalın ilk görüşü mayın 11-i, cavab qarşılaşması mayın 25-də keçiriləcək.