Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviçin sözlərinə görə, "Mançester Siti"nin futbolçusu Erlinq Haland şahmata maraq göstərib və yaxşı oynamağı öyrənmək istəyir. Sport24.az xəbər verir ki, FİDE-nin rəhbəri bu barədə TASS agentliyinə açıqlama verib:

 

"Mən onun ailəsinin bir neçə üzvü, menecerləri və işlərini idarə edənlərlə danışdım. Hamısı Erlinqin şahmata maraq göstərdiyini və məşq etməyə başladığını təsdiqlədi. O, yaxşı oynamaq istəyir. O, layihəyə investisiya qoymaqla yanaşı, tezliklə elan ediləcək əlavə tərəfdaşların cəlb edilməsinə kömək etdi.

Bu, şübhəsiz ki, şahmatın populyarlığı üçün yaxşıdır. Ümid edirəm ki, bu, onun futbol bacarıqlarını da artırır. Şəxsi təcrübəmdən bilirəm ki, şahmat oynayarkən meydanda varianları hesablamaq daha asandır".

 

Qeyd edək ki, Haland bir müddət əvvəl Total Chess Dünya Çempionatının investoru olub.