“Əl-Nəsr” Avropadan daha bir ulduzu “rənglərinə bağlamaq”  istəyir. Sport24t.az-ın məlumatına görə, ərəblər Kevin De Bryune ilə bağlı böyük plan hazırlayıblar.

Klubin təmsilçiləri hətta belçikalı futbolçunun meneceri ilə təmasa da keçiblər. “Əl-Nəsr” Kevinə uzun müddətli əməkdaşlıq strategiyası təklif edib. “Mançester Siti” 2025-ci ilin yayınadək müqaviləsi olan 32 yaşlı yarımmüdafiəçi ilə yeni danışıqlara başlamayıb. De Bryunenin zədələnməsi mançesterliləri bir qədər çəkindirir. 

Qeyd edək ki, “Əl-Nəsr” Kriştiano Ronaldo, Sadio Manee, Emerik Laport və Aleks Telles kimi futbolçuları heyətinə cəlb edib.