UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Şkendiya" (Şimali Makedoniya) oyununun biletləri avqustun 5-i saat 12:00-dan etibarən satışa çıxarılacaq. Sport24.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

 

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

 

Satış məntəqələri:

 

iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);

 

Park Bulvardakı "Qarabağ" FK-nın Fan-Şopu;

 

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;