"Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandesin agenti dünən Ər-Riyaddakı otellərin birində "Əl Hilal"ın nümayəndələri ilə görüşüb. Sport24.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.  

 

Səudiyyə Ərəbistanı təmsilçisi 30 yaşlı portuqaliyalıya üç il ərzində bonuslar istisna olmaqla 200 milyon funt-sterlinq ödəməyə hazırdır. Ərəblər futbolçunun transferini bu yay keçiriləcək klublararası dünya çempionatına qədər həll etmək istəyir.

 

Qeyd edək ki, Fernandesin "Mançester Yunayted"dəki maaşı həftəlik 280 min funt sterlinqdir. Tərəflər arasında razılıq əldə olunarsa "Əl-Hilal" onu dörd dəfə artıra bilər.