Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun və Azərbaycan millisinin futbolçusu Mahir Emreli 2021/22 mövsümündə Polşa "Legiya"sının bombardiri olub.

Sport24.az xəbər verir ki, 25 yaşlı hücumçu mövsümün ilk yarısında Varşava təmsilçisində 11 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Çexiyalı forvard Tomaş Pexart isə mövsüm ərzində 10 dəfə fərqlənməyə müvəffəq olub.

Ekstraklasanı 43 xalla 10-cu sırada bitirən "Legiya" geridə qalan mövsümdə bütün turnirlərdə 72 qol vurub və qapısında 71 qol görüb.

Xatırladaq ki, qış fasiləsində Polşa "Legiya"sından ayrılan Mahir Emreli "Dinamo" ilə 4.5 illik sözləşmə imzalayıb.