"Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandes Səudiyyə Ərəbistanı klublarından birinin maraq dairəsinə düşüb. Sport24.az "Al-Riyadh"a istinadən xəbər verir ki, 30 yaşlı futbolçu "Əl-Hilal"dan 3 illik müqavilə təklifi alıb.

 

Səudiyyə klubunun nümayəndələri artıq Fernandesin agentləri ilə danışıqlara başlayıb və yarımmüdafiəçinin istənilən maliyyə tələbini yerinə yetirməyə hazır olduqlarını bəyan ediblər.

 

Ərəblər futbolçunun nümayəndələri ilə razılığa gələ bilsələr, Əl-Hilal "Mançester Yunayted"ə rəsmi təklif göndərəcək.

 

Qeyd edək ki, portuqaliyalı 2020-ci ildə "Sportinq"dən "Mançester Yunayted"ə keçib. Yarımmüdafiəçi cari mövsümdə bütün turnirlərdə 52 oyun keçirib, 19 qol vurub və 18 məhsuldar ötürmə edib. Onun "qırmızı şeytanlar"la müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.