Fransa millisi ilə dünya çempionu olan Samuel Umtiti sentyabrın 10-dək özünə yeni klub tapmasa, karyerasını bitirəcək. Sport24.az xəbər verir ki, bu barədə Fransanın "L'Equipe" nəşri məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, 31 yaşlı müdafiəçiyə Fransa, İtaliya, ABŞ və Yaxın Şərqdən təkliflər olsa da, heç biri onun şərtlərinə cavab vermir. Umtiti qısamüddətli müqaviləyə razılaşmır.

 

Futbolçu iyulda "Lill"dən ayrıldıqdan sonra klubsuz qalıb.

 

Qeyd edək ki, Umtiti Fransa millisində 31 oyun keçirib və 4 qol vurub. O, 2018-ci ildə milli komandanın tərkibində dünya çempionu olub. "Barselona" ilə isə iki dəfə İspaniya çempionluğunu, üç dəfə Kral Kubokunu və iki dəfə Superkubokunu qazanıb. Umtiti karyerası ərzində "Lion" və "Lecce"nin də formasını geyinib.