Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında bu gün 1/4 final mərhələsinin oyunları keçiriləcək. Sport24.az xəbər verir ki, 8 komanda yarımfinala vəsiqə uğrunda mübarizə aparacaq.

 

Azərbaycan millisi İngiltərə ilə üz-üzə gələcək. Matçın start fiti saat 20:30-da səslənəcək.

 

Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.

 

Dünya çempionatı

1/4 final

29 may

17:30. Macarıstan - Mavritaniya
19:00. Monteneqro - Çexiya
20:30. İngiltərə - Azərbaycan
22:00. Bosniya və Herseqovina - Serbiya