Azərbaycan millisinin futbolçusu Coşqun Diniyevin çıxış etdiyi "Ümraniyespor" Türkiyə 1-ci Liqasında növbəti oyununa çıxıb. Sport24.az xəbər verir ki, komanda V turda "Çorum"u qəbul edib.

Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Diniyev fasilədən dərhal sonra meydana daxil olub və sona qədər oynayıb.

Qeyd edək ki, "Ümraniyespor" 5 turdan sonra 2 xalla 18 komanda arasında 17-cidi.