"Roma"nın hücumçusu Paulo Dibala açıqlama verib. Sport24.az xəbər verir ki, İtaliya mətbuatına danışan futbolçu Argentina yığmasına mümkün qayıdışından söz açıb:

 

"Məqsədim dünya çempionatına qayıtmaqdır. Bunun üçün komandamda yaxşı oynamalıyam. Millidə güclü rəqabət var və ora düşmək asan olmayacaq. Məşqçiyə nəyə qadir olduğumu sübut etməliyəm".

 

Dibala bu mövsüm 23 oyunda 3 qol vurub, 4 məhsuldar ötürmə edib.