"Benfika"nın futbolçusu Anxel Di Mariya karyerasını Meksikanın "Amerika" klubunda davam etdirəcəyi ilə bağlı çıxan xəbərlərə münasibət bildirib. Sport24.az xəbər verir ki, argentinalı yarımmüdafiəçi xəbərləri təkzib edib.

 

Di Mariya materialı dərc edən mətbu orqanın yalan bildirdiyini qeyd edib.

 

Di Mariyanın "Benfika" ilə müqaviləsi yayda başa çatır. 37 yaşlı futbolçu bu mövsüm 32 oyunda 14 qol vurub, 8 məhsuldar ötürmə edib.