ABŞ, Kanada və Meksikada təşkil olunan dünya çempionatında 1/16 finalın bütün cütləri müəyyənləşib. Sport24.az xəbər verir ki, bu mərhələdə üz-üzə gələcək bütün komandaların adlarına J qrupunun matçlarından sonra aydınlıq gəlib.

 

Pley-off mərhələsində aşağıdakı qarşılaşmalar keçiriləcək:

 

28 iyun

23:00. Cənubi Afrika Respublikası – Kanada

 

29 iyun

21:00. Braziliya – Yaponiya

 

30 iyun

00:30. Almaniya – Paraqvay

05:00. Niderland – Mərakeş

21:00. Fildişi Sahili – Norveç

 

1 iyul

01:00. Fransa – İsveç

05:00. Meksika – Ekvador

20:00. İngiltərə – Konqo Demokratik Respublikası

 

2 iyul

00:00. Belçika – Seneqal

04:00. ABŞ – Bosniya və Herseqovina

23:00. İspaniya – Avstriya

 

3 iyul

03:00. Portuqaliya – Xorvatiya

07:00. İsveçrə – Əlcəzair

22:00. Avstraliya – Misir

 

4 iyul

02:00. Argentina – Kabo Verde

05:30. Kolumbiya – Qana

 

Qeyd edək ki, tarixdə ilk dəfə 48 komandanın iştirak etdiyi dünya çempionatı iyulun 19-da başa çatacaq. Pley-off mərhələsinə hər qrupdan ilk iki yeri tutan komandalarla yanaşı, üçüncü yeri tutan ən yaxşı səkkiz yığma da vəsiqə qazanıb.