Futbol üzrə dünya çempionatında J qrupunda üçüncü tura yekun vurulub. Sport24.az xəbər verir ki, qrupun son matçında Əlcəzair millisi Avstriya ilə qarşılaşıb.

 

Oyunda hesab 28-ci dəqiqədə açılıb. Marko Arnautoviç Avropa təmsilçisini hesabda önə çıxarıb. 45-ci dəqiqədə isə Rafik Belqali hesab arasında tarazlığı bərpa edib. İkinci yarının əvvəlində, daha dəqiq desək, 55-ci dəqiqədə Marsel Zabitçer yenidən avstriyalı azarkeşləri sevindirib. Ancaq bu da görüşdə vurulan son qol olmayıb. 60-cı dəqiqədə  Riyad Mahrez Afrika təmsilçisinin ikinci qolunun müəllifi olub. 90+3-cü dəqiqədə Mahrez dubl etməklə komandasını hesabda önə çıxarsa da, Saşa Kalayjiç əsas vaxta əlavə olunmu. 6-cı dəqiqədə oyunda son nəqtəni qoyub.

 

Qeyd edək ki, qrup Argentina lider, Əlcəzair isə ikinci olub və pley-offa yüksəlib.

 

DÇ-2026

J qrupu, III tur

Əlcəzair - Avstriya 3:2 (1:1)

Qollar: Rafik Belqali, 45. Riyad Mahrez, 60, 90+3 - Marko Arnautoviç, 28. Marsel Zabitçer, 55. Saşa Kalayjiç, 90+6.