Kabo-Verde millisinin hücumçusu və kapitanı Rayan Mendes təcavüzdə ittiham olunub. Sport24.az xəbər verir ki, bu barədə "Globo" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, bu ilin martında keçirilmiş Yeni Zelandiyada və Çiliyə qarşı yoldaşlıq oyunları üçün komandaya təyin olunmuş braziliyalı tərcüməçi futbolçunu təcavüz və zorlamada ittiham edib.

 

Tərcüməçinin sözlərinə görə, futbolçu onun otel otağına girib, onu vurub, dişləyib və təcavüz edib. Xanım və əri məsələ ilə bağlı Kabo Verde Futbol Federasiyasına və FİFA-ya bildiriş göndərdiklərini, lakin hələ cavab almadıqlarını bildiriblər.

 

Qeyd edək ki, Kabo Verde yığması DÇ-2026-da pley-off mərhələsinə vəsiqə qazanıb.