Futbol üzrə dünya çempionatının K qrupunda 3-cü tur başa çatıb. Sport24.az xəbər verir ki, Konqo Demokratik Respublikası Özbəkistanla üz-üzə gəlib.
Atlantada baş tutan görüş Afrika təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı özbəklər açıb. Eldor Şomurodov 10-cu dəqiqədə komandasını hesabda önə çıxarıb. Konqolular 68-ci dəqiqədə Yoan Vissa penalti zərbəsini dəqiq yerinə yetiməsindən sonra hesabı bərabərləşdiriblər. 10 dəqiqə sonra Afrika təmsilçisi artıq hesabda önə çıxıb. 78-ci dəqiqədə İbrahim Mayele adını tabloya yazdırıb. Əsas vaxta Vissa dubl edərək hesab arasında fərqi iki topa çatdırıb.
Bu qələbə sayəsində Akrika təmsilçisi xallarının sayını 4-ə çatdırıb və pley-offa yüksəlib. Özbəkistan yığması isə ilk dəfə qatıldığı mundialı qələbəsiz tərk edib.
Dç-2026
K qrupu, III tur
Konqo DR - Özbəkistan 3:1
Qollar: Yoan Vissa, 68-pen, 90+1. İbrahim Mayele, 78 - Eldor Şomuradov, 10