"Real Madrid" rəhbərliyi yarımmüdafiəçi Federiko Valverdeyə tam etibar etməyə davam edir. Uruqvaylı futbolçu gələn mövsüm komanda kapitanı olacaq və bu qərar hadisələrlə dolu bir il olmasına baxmayaraq yenidən nəzərdən keçirilməyib.
Sport24.az bu barədə AS-a istindən xəbər verir.
Mənbənin məlumatına görə, Valverde məhsuldar mövsüm keçirib, eyni zamanda bəzi ziddiyyətli anları da yaşayıb, lakin klub onu layihənin liderlərindən biri hesab edir. Dani Karvaxalın "Real Madrid"dən ayrılmasından sonra kapitanlıq Valverdeyə veriləcək.
Valverde əvvəllər meydandakı mövqeyi ilə bağlı keçmiş məşqçi Xabi Alonso ilə mübahisə etmişdi. Bundan əlavə, 2026-cı ilin may ayında məşq zamanı Orelyen Tçuameni ilə mübahisə etmişdi. Hər iki oyunçu 500.000 avro cərimələnib. Buna baxmayaraq, klub uruqvaylı futbolçu ilə yollarını ayırmağı düşünməyib.